Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir Emin Əmrullayev İsmayıllıda vətəndaşları qəbul edəcək


Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.
Həmin rayonların sakinləri mayın 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.



Tarix: 15-05-2023, 22:43

Xəbəri paylaş