Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Böyük Britaniyanın Bradford Universiteti müəlliminin BDU tələbələri üçün ustad dərsi


Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın Bradford Universitetinin Biotibb və elektronika mühəndisliyi bölməsinin müəllimi və tədqiqatçısı Seyid Əli Bəhruz Xaqaninin “Süni bədən hissələrinin 3D printerdə çapı” mövzusunda ustad dərsi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ustad dərsini giriş sözü ilə açan moderator, BDU-nun “SABAH” qruplarının müəllimi Elvin Hüseynov mövzunun əhəmiyyətini vurğulayıb, tələbələri məruzəçinin elmi fəaliyyəti ilə tanış edib.
Seyid Əli Bəhruz Xaqani müasir tibb və biologiya elmində tətbiq olunan 3D printerlərinin növləri, onların iş prinsipləri, tətbiq sahələri, özünün apardığı tədqiqatların nəticələri haqqında tələbələrə ətraflı məlumat verib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.


Tarix: 11-05-2023, 14:37

Xəbəri paylaş