“Gənc istedadlar” liseyində “Xalqa bağışlanan ömür” adlı ədəbiyyat gecəsi
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı ədəbiyyat gecəsi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Liseyinin direktoru Arif Bağırov çıxış edərək Ümummilli Liderin dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edib, dahi öndərin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdiyini vurğulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər təhsil və elm sahəsinin daim hamisi olub, Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü və vətənpərvər olmasına çalışıb.
Liseyin Çənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi, polkovnik-leytenant Nihat Abdullayev Ulu Öndərin azərbaycançılıq ideologiyası, gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətində gördüyü işlərdən danışıb.
Liseyin xoru “Sən elə bir zirvəsən” mahnısını ifa edib. Sonra şagirdlərin ifasında şeir kompozisiyaları nümayiş olunub.
Tarix: 11-05-2023, 14:09