Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da riyaziyyatın aktual problemləri üzrə tədqiqatlar davam edir

 
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və  Mexanika-riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları “Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” (Calderón-Zygmund operators and their commutators on generalized weighted Orlicz-Morrey spaces) adlı məqaləsi “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan Q1 kvartilli (IF: 1.485) “Bulletin of Mathematical Sciences” jurnalında dərc olunub. 
https://www.worldscientific.com/doi/10.1142/S1664360722500047
 
 
Məqalədə ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında Kalderon-Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilib, bu fəzalarda Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılıb. İşdə Kalderon-Ziqmund operatorlarının vektor qiymətli məhdudluğu da verilib. 
 
 


Tarix: 11-05-2023, 14:05

Xəbəri paylaş