Fəxri xiyaban ziyarət edilib

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Tarix: 10-05-2023, 15:27
Xəbəri paylaş