59 nəfərin diplomu tanınmayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi aprel ayında tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Məlumata görə, ötən ay 371 müraciətçidən 312-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 59 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 51, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiya Federasiyasından 83, Ukraynadan 135, Türkiyədən 78, Gürcüstandan 35, Birləşmiş Krallıqdan 17, digər ölkələrdən isə 23 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, bizensin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb.
Sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.
Tarix: 6-05-2023, 20:45