Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib


Mayın 2-də Heydər Əliyev sarayında Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib. Toplantı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib. 
 
Ulu öndərin hakimiyyəti illərində xaricdə təhsil almış həmvətənlərimizin qatıldığı toplantıda dövlət və hökumət nümayəndələri də iştirak ediblər. 
  
Əvvəlcə ümummilli liderin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotosərgi ilə tanışlıq olub. 
  
Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib. 
  
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu, 1978-ci ildə həmin institutu bitirdiyini xatırladan Əli Əsədov bildirib ki, o illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq gənclər üçün böyük şərəf idi. İllər sonra ulu öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünyagörüşünün genişləndirilməsi idi. Baş nazir əlavə edib ki, bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, vətənimizin hərtərəfli inkişafına töhfə verən insanlardır. 
  
Əli Əsədov qeyd edib ki, ümummilli lidеrin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib.
 
Əli Əsədov qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gəncə təqaüd ayrılıb və bunun üçün 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində isə hər il 400 nəfər olmaqla ümumilikdə 2000 nəfərədək vətəndaşın xarici ölkələrdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. 
  
Sonra ulu öndərin Azərbaycan təhsilinə diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcəyidir” filmi nümayiş olunub. 
  
Toplantı digər çıxışlarla davam edib və konsert proqramı ilə yekunlaşıb.
 

 


Tarix: 2-05-2023, 15:08

Xəbəri paylaş