Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİA-da konfrans: Heydər Əliyev və müasir Azərbaycanın yeni inkişaf dövrü



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycanın yeni inkişaf dövrü” mövzusunda doktorant və dissertantların elmi-praktik konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin böyük təhlükələrdən xilas olduğunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı və əhəmiyyətli dönüşün yarandığını deyib. O, respublikamızda qazanılan uğurların Ulu Öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini söyləyib.
U.Ələkbərov ölkənin və cəmiyyətin inkişafında elmin, təhsilin mühüm rolunu qeyd edib.
Konfransda “Heydər Əliyevin Azərbaycan dövlət idarəçiliyində transformativ liderlik modeli”, “Tarixi Azərbaycan torpaqlarına qayıdış milli prioritetimizdir”, “İnklüziv cəmiyyətin qurulmasında Heydər Əliyevin rolu”, “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin formalaşmasında rolu”, “Geosiyasi tədqiqatlar: nəzəri ümumiləşdirmə”, “Maliyyə sisteminin tənzimlənməsinin iqtisadi əsasları”, “Ümummilli Lider Heydər Əliyevin Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı güclü Azərbaycan diasporunun formalaşmasında rolu”, “Azərbaycan Respublikasının davamlı inkişafında əmək ehtiyatlarının formalaşmasının demoqrafik aspektləri”, “Ulu Öndər Heydər Əliyevin Yaxın Şərq siyasəti” və digər mövzularda gənc alimlərin məruzələri dinlənilib.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.


Tarix: 2-05-2023, 15:46

Xəbəri paylaş