ADA Universitetinin 11-ci karyera sərgisi təşkil olunub
Aprelin 27-də ADA Universitetində 11-ci karyera sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə “Böyük dördlük”dəki şirkətlərin Azərbaycan nümayəndəliyi (“Big four companies”), Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, bank, turizm, kommunikasiya sahəsindəki tanınmış şirkət və holdinqlər, beynəlxalq təşkilatların nümayəndəlikləri daxil olmaqla 129 şirkət və qurum təmsil olunub. Bu il 11-ci dəfə keçirilən sərgi zamanı ADA Universitetinin tələbə və məzunları şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.
Sərgi aprelin 10-dan başlanan “Karyera hazırlığı həftəsi”nin yekun tədbiridir. Karyera sərgisinin məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa şirkət nümayəndələri və kadrlar şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Tarix: 27-04-2023, 17:22