Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Linqvistika Olimpiadasının final mərhələsi keçirilib


Paytaxtdakı Məktəb-Lisey Kompleksində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin final mərhələsi keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, şagirdlər final mərhələsi üzrə tapşırıqları yerinə yetiriblər, habelə müxtəlif fəaliyyətlərə dair interaktiv çıxışlar dinlənilib.
Layihənin rəhbəri, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva layihənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin vacibliyini vurğulayıb. O, təhsildə son yeniliklərin gənclər arasında təbliğinin aktual məsələlərdən olduğunu bildirib, ümumtəhsil məktəblərinin şagirdlərində XXI əsr bacarıqlarını inkişaf etdirmək, praktik məşğələlər vasitəsilə biliklərinin gündəlik həyatda tətbiqini göstərmək və bu kimi qabiliyyətləri aşılamağın önəmini vurğulayıb.
Qeyd edək ki, “ALO-Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin əsas məqsədi məktəbliləri gələcəkdə Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. VII-XI sinif şagirdlərinin iştirak etdiyi olimpiada üç mərhələdən ibarətdir. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyənləşdirilib.


Tarix: 17-04-2023, 13:52

Xəbəri paylaş