“Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçirilir
Aprelin 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçirilir.
UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev və AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış ediblər.
Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun “Görkəmli alimlərin həyatları barədə oçerklərin elmin populyarlaşdırılmasında rolu”, Milli Məclisin deputatı Etibar Əliyevin “Elmin populyarlaşdırılması Azərbaycanda elmin inkişaf amili kimi”, Almaniyanın Münxen Texniki Universitetinin professoru Məsud Əfəndiyevin “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzularında təqdimatları olub.
Milli Məclisin deputatlarının, ali təhsil müəssisələrinin rektorlarının, elmi müəssisələrin rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan elminin populyarlaşdırılması ilə bağlı müzakirələr aparılıb.
AzərTac
Tarix: 17-04-2023, 12:00