Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rektor: Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracaq




Rektor: Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracaq

Məlumatların yayılma kanallarının inkişafı elm sektoru ilə təhsil və cəmiyyət arasında inamın formalaşdırılmasını tələb edir. Eləcə də cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artması, həmçinin elmin populyarlaşmasına yeni yanaşmaları qaçılmaz edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, bu tədbir gənc nəsil üçün elmin cəlbediciliyinin artırılması və elmə yeni gənc mütəxəssislərin cəlb edilməsi istiqamətində görülən işlərə təkan verəcək.
“Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracaq. Adi biliklərin intellekləşməsini təmin edəcək”, -deyən rektor fevral ayında UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin yaradıldığını xatırladıb.


Tarix: 17-04-2023, 13:36

Xəbəri paylaş