Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir: Dərsliklərdə sadə təqdim olunan məsələlər müəllimlər tərəfindən mürəkkəb formada öyrədilir




Elmə maraq kiçik yaşlardan formalaşdırılmalıdır. Elm uşaqlara düzgün şəkildə izah edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, dərsliklərdə sadə təqdim olunan məsələlərin həlli müəllimlər tərəfindən düsturlar, mürəkkəb izah formasında şagirdlərə öyrədilir.
“Məktəb səviyyəsində elmə maraq yoxdursa, növbəti mərhələdə çox çətindir. Təbiət elmləri cəmiyyətdə düşüncənin keyfiyyətini müəyyən edir. Dünyada çox az sayda ölkə var ki, ixtisaslaşmış institutları var. Beynəlxalq qiymətləndirmələrdə digər elm sahələrinə nisbətən Azərbaycanın riyaziyyat göstəriciləri daha yaxşıdır. Azərbaycanlı uşaqlar hər il beynəlxalq riyaziyyat olimpiadalarda medal qazanırlar", - deyə nazir qeyd edib.


Tarix: 17-04-2023, 13:35

Xəbəri paylaş