BDU-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü Lider, Güclü Azərbaycan” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Yarış BDU TGT-nin nəzdində fəaliyyət göstərən “Price” xarici dillər klubunun təşəbbüsü ilə baş tutub. İştirakçılara BDU-da “Heydər Əliyev İli” çərçivəsində baş tutan və bundan sonra həyata keçiriləcək tədbir və müsabiqələr haqqında məlumat verilib, intellektual yarışın ingilis dilində keçirilməsinin tələbələrin dil biliklərinin təkmilləşdirilməsinə müsbət təsiri vurğulanıb.
Yarışda 9 komanda iştirak edib. Onlardan “Evolution” komandası I, “6-seat table” komandası II, “Crystal Gravity” komandası isə III yerə layiq görülüb.
Qaliblər müxtəlif diplom və sertifikatlarla təltif olunublar.
Tarix: 13-04-2023, 16:09