Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

 
Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd bu gün Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla Azərbaycan Texniki Universitetinin rektoru prof. Vilayət Vəliyev tərəfindən Azərbaycan Texnologiya Universitetində imzalanıb. 
Memorandumda müəllim, doktorant və dissertantların, magistr və bakalavr tələbələrinin akademik, eləcə də qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, birgə elmi-tədris layihələrin (proqramların) işlənib hazırlanması və həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ixtisasartırmasının təşkili, aktual istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması, təhsil-innovativ (elmi) konsorsiumların təşkili kimi bir sıra bəndlər öz əksini tapır.
 


Tarix: 13-04-2023, 16:07

Xəbəri paylaş