Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kembric Universitetinin professoru Qərib Mürşüdov MBBİ-nin magistrantlarına ixtisas kurslarından mühazirələr keçib



Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov MBBİ-nin I kurs magistrantlarına “Biostatistika” və “Struktur biologiyanın üsulları” ixtisas kursundan mühazirələr keçib.
Mühazirələrdə magistrantlardan əlavə, institutun doktorant və dissertantları da iştirak ediblər. Qeyd etmək lazımdır ki, Qərib Mürşüdov mühazirələrini açıq dərs şəklində “Zoom” platforması üzərindən aparır və maraqlanan hər kəs bu dərslərdən faydalana bilər.


Tarix: 13-04-2023, 12:19

Xəbəri paylaş