Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri üçün müsabiqə - "Heydər Əliyev şagirdlərin gözü ilə"

“BDU könüllüləri” təşkilatı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev şagirdlərin gözü ilə" adlı esse müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsi, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. 
Müsabiqəyə qatılmaq istəyən şagirdlər yazılarını (Arial şrifti,14 ölçüdə, intervalı 1,5, 6-8 səhifə həcmində; Azərbaycan, rus və ingilis dillərində) 2023-cü il aprelin 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müsabiqəyə yazı təqdim edən iştirakçılar müvafiq sertifikatlarla təltif ediləcəklər. İlk 3 yerin qalibi ekspertlər tərəfindən müəyyənləşdiriləcək və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.


Tarix: 12-04-2023, 13:32

Xəbəri paylaş