Məktəblilərin xeyriyyə tamaşası



Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkilləri, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, şəhid ailələrinin üzvləri və digər qonaqlar izləyiblər.
Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.
Xeyriyyə tamaşasının nümayişindən əvvəl sözügedən təhsil müəssisəsinin ansambl üzvlərinin canlı ifaları dinlənilib, məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb.
Tarix: 12-04-2023, 13:24
Xəbəri paylaş