Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan təhsil işçilərindən Türkiyəyə 31 milyon lirədən çox yardım



Bu ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar təhsil işçiləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə başlanan könüllü yardım kampaniyasına qoşulublar.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, assosiasiyanın həyata keçirdiyi kampaniyaya regional təhsil idarələri, ali, ümumi və orta ixtisas təhsili müəssisələri, eləcə də elm və təhsil işçiləri fərdi şəkildə yardım göstəriblər. Ümumilikdə 72 100 elm və təhsil işçisi yardım kampaniyasına ianə edib.
Kampaniyanın yekununda dəstək məqsədilə toplanan maddi yardımın məbləği ümumilikdə 2 milyon 741 min 153,97 manat olub. Bu da təxminən 31 milyondan çox türk lirəsini əhatə edir.
Qardaş ölkəyə yardım məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələri ümumilikdə 1 milyon 448 min 608,41 manat, ali təhsil müəssisələri 839 min 401,34 manat, orta ixtisas təhsili müəssisələri 65 min 578,75 manat, şəxsi hesablarından ödəyən elm və təhsil işçiləri isə 387 min 565,47 manat ianə ediblər.
Qeyd edək ki, təhsil işçilərinin topladığı yardım ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə Türkiyəyə yardım çərçivəsində təhsil müəssisələrinin tikintisinə sərf ediləcək.


Tarix: 11-04-2023, 11:00

Xəbəri paylaş