Məktəbli idmançılarımız Avropa kubokunda 6 medal qazanıblar
Çexiyanın Teplis şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
39 ölkə, 948 idmançının mübarizə apardığı yarışa Azərbaycan yığma komandası 28 idmançı ilə qatılıb.
Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Musayev (60 kq), Gəncə şəhəri 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Fərid Qarayev (55 kq), 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Əbil Yusubov (66 kq), Ramazan Əhmədov (+90 kq) I yeri, həmin məktəbin idmançısı Vüsalə Hacıyeva (48 kq) və 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Mirxalıq İsgəndərov (55 kq) isə III yeri tutublar.
Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının tərkibində çıxış edən 28 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.
Tarix: 11-04-2023, 13:39