Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüb

Aprelin 10-da elm və təhsil naziri Emin Əmrullayev Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüb. Görüş UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “İmkanların artırılması” proqramı çərçivəsində baş tutub. 
 
Görüş zamanı UNESCO çərçivəsində Azərbaycan Respublikası ilə Afrika ölkələri arasında birgə əməkdaşlıq imkanları müzakirə olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə ölkəmizin fəaliyyəti və bu istiqamətdə əldə olunan uğurlu nəticələrə dair komissiya nümayəndələrinə məlumat verilib. Emin Əmrullayev Azərbaycan tərəfinin təhsilin bütün pillələri üzrə əlçatanlıq və keyfiyyətin təmin olunması istiqamətində mövcud təcrübəsini paylaşmağa hazır olduğunu bildirib. 
 


Tarix: 11-04-2023, 13:36

Xəbəri paylaş