Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası








Bakı Dövlət Universitetinin (BDU) “Tələbə evi”nin ərazisində “Heydər Əliyev İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, BDU və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı tərəfindən növbəti agacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Eyni zamanda, ərazidə daha öncə əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib.
Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.


Tarix: 5-04-2023, 14:40

Xəbəri paylaş