BDU-da Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin rəhbəri ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin Aparat rəhbəri Kristofer Kempbell-Holtun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rektor Elçin Babayev qonaqlara BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələri, “Universitet-5.0” adlı prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlər, o cümlədən Qazaxıstan universitetləri ilə əməkdaşlığa xüsusilə önəm verildiyini qeyd edib.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin rəhbəri Kristofer Kempbell-Holt qəbula görə təşəkkürünü bildirib. O, beynəlxalq yurisdiksiyaya malik olan bu məhkəmənin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Qeyd edib ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi Qazaxıstanda yerli hüquq sisteminə alternativ, müstəqil, beynəlxalq məhkəmə sistemi olub, dövlət qurumları, iri şirkətlər, ali məktəblərlə əməkdaşlıq edir, hüquqi fəaliyyətlə yanaşı, təlim və təcrübə proqramları həyata keçirir.
Görüşdə BDU ilə Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tarix: 3-04-2023, 23:14
Xəbəri paylaş