Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aziz Sancar adına tədqiqat mükafatı elan olunub




Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan edir!
Mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədi ilə təsis olunub.
Müsabiqəyə UNEC əməkdaşlarının aşağıdakı sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir:

  • Qida təhlükəsziliyi
  • Qida Elmləri və Texnologiyası
  • Biokimya
  • Mikrobiologya
  • Biotexnologiya
Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə olan müəllifə (müəlliflərə) verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür.
Müsabiqənin şərtləri:
  • Mükafata cari tədris ilində nəşr edilmiş və aşağıdakı tələblərdən birinə cavab verən əsərlər təqdim edilə bilər:
  • WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda nəşr edilmiş monoqrafiyalar (elmi redaktoru olan, bölmələri müxtəlif müəlliflər tərəfindən yazılan kollektiv monoqrafiyalar da daxil olmaqla).
  • Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr;
  • Müsabiqə üçün təqdim edilən əsərlərdən elmi jurnala qəbul edilmiş və ya çap olunmaq üçün hazırlıq mərhələsində olan elmi işlər qəbul olunmayacaq;
  • Müsabiqəyə təqdim edilən əsərlərdə müəllifin və ya müəlliflərin UNEC əməkdaşı olması birmənalı olaraq qeyd olunmalıdır. Əks halda, əsər müsabiqəyə buraxılmayacaq.
Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyunadək tarixinədək qəbul edilir.
Tələb olunan sənədlər:
  • UNEC rektorunun adına ƏRİZƏ
  • Ərizəyə əlavələr;
  • ANKET
  • Müsabiqəyə təqdim edilən əsərin kağız və elektron nüsxələri;
  • Müsabiqəyə verilən məqalələrin Q1, və Q2 kateqoriyalı jurnala aid olmasının təsdiqedici sənədi (Web of Science platformasından uyğun hiperlinklərin yerləşdirilməsi);
  • Elmi işin nəşr olunduğuna dair rəsmi internet linkləri;
Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada  [email protected] e-mail ünvanına göndərilməlidir. Sənədləri göndərərkən e-mailin “mövzu” bölməsinə “Aziz Sancar adına Tədqiqat Mükafatı-2023 – ad, soyad qeyd olunmalıdır.
Müsabiqə ilə bağlı müraciətləri [email protected] e-mailinə ünvanlaya bilərsiniz.

https://unec.edu.az/


Tarix: 3-04-2023, 10:44

Xəbəri paylaş