Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik Vaqif Abbasov şagirdlərlə görüşüb



Martın 29-da Bakı şəhəri Xətai rayon 27 nömrəli tam orta məktəbin 9-cu və 10-cu sinif şagirdlərinin bir qrupu Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı baş direktor, akademik Vaqif Abbasov NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb.
Akademik Vaqif Abbasov müəllifi olduğu kitablardan şagirdlərə hədiyyə edib.
Sonda şagirdlər Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar.


Tarix: 30-03-2023, 11:37

Xəbəri paylaş