Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kimyaçı alim AMEA-nın “İstinadda rekord” diplomu ilə təltif olunub

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomuna layiq görülüb. Ona diplom AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən “27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbirdə təqdim olunub.
İnstitutdan verilən məlumata görə, Ə.Sucayev elmi əsərlərinə ən çox istinad edilməsində fərqləndiyinə görə təltif olunub.
Məlumat üçün qeyd edək ki, kimyaçı alimin ümumilikdə 130 elmi əsəri çap olunmuşdur, onlardan biri monoqrafiya, 2-i Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları konfrans material-tezisdir. Məqalələrin 50-i “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir. “ResearchGate”  və "Google Scholar Citations" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara 1386 istinad edilmişdir. H-indexi 21-dir.


Tarix: 28-03-2023, 10:52

Xəbəri paylaş