Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və Təhsil naziri Emin Əmrullayev Strasburq Universitetində rəsmi səfərdədir


Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrulayev Strasburq Universitetində rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibində Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, nazirin müşaviri Nicat Məmmədli, nazirliyin Ali təhsil departamentinin rəhbəri Yaqub Piriyev, ADNSU rektoru Professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova onu müşaiyət edirlər.
İki günlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkəcəklər. Səfər çərçivəsində Strasburq Universitetinin prezidenti Mişel Deneken ilə görüş də nəzərdə tutulub.
Səfərin məqsədi tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da məhkəmləndirilməsi, elmi tədqiqat proqramları və tələbə mübadiləsi sahəsində əməkdaşlığın daha da dərinləşdirlməsi imkanlarını müzakirə etməkdir.


Tarix: 27-03-2023, 23:09

Xəbəri paylaş