Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Gənc istedadlar” liseyinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində qalib gələn şagirdləri təltif olunublar



 
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin “Sabahın alimləri” XII Respublika müsabiqəsində qalib gələn şagirdləri təltif olunublar.
 
BDU Elmi Şurasının 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş xüsusi iclasında rektor Elçin Babayev şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
 
Qeyd edək ki, “Sabahın alimləri” XII Respublika müsabiqəsində “Gənc istedadlar” liseyinin şagirdləri 18 layihə ilə iştirak ediblər. Bunlardan 11-i final turuna vəsiqə qazanıb. Liseyin XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya (elmi rəhbər: BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Orxan Güləhmədov), Ayaz Ömərli və Ömər İbrahimov isə kimya istiqaməti üzrə (elmi rəhbər: Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənova) I yerə layiq görülüblər. X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yeri qazanıb. X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə III yerə layiq görülüblər.
XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar. I yerə layiq görülən 2 layihə ölkəmizi ABŞ-da keçiriləcək Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcək.

 


Tarix: 27-03-2023, 21:22

Xəbəri paylaş