Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ABŞ-ın Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında 12 Azərbaycan alimi yer alıb



AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Elmmetrik elmi göstəricilər və əsərlərə istinadlar” adlı məruzəsində Akademiyanın elmi bölmələrinin 2022-ci il üçün istinad göstəricilərini təqdim edib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçən il 1068 elmi məqalənin nəşr edildiyini (onlardan 531-i Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Kimya Elmləri Bölməsi üzrə 403 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 208-i – Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Yer Elmləri Bölməsi üzrə 90 elmi məqalənin nəşr edildiyini (onlardan 45-i Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Biologiya və Tibb Elmləri Bölmələri üzrə isə 547 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 86-sı – Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda) bildirib. Alim, həmçinin ABŞ-ın Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında 12 Azərbaycan aliminin yer aldığını deyib.


Tarix: 27-03-2023, 21:06

Xəbəri paylaş