Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"2019-2023 Dövlət Proqramı"na xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq.
 
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
 
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki  müvafiq keçidlərdən əldə oluna bilər.
 
Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Ətraflı məlumat: dp.edu.az


Tarix: 16-03-2023, 15:44

Xəbəri paylaş