Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU-da bayram tonqalını qazilər alovlandırıb


Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramına həsr edilmiş bayram tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kapital Bankın Gəncə filialının müdiri Vüqar Paşayev, “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt və digər qonaqlar iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir rəqs, musiqi nömrələri, güləşçilərin və taekvondoçuların çıxışları ilə davam edib. Bundan başqa ATU fakültələri arasında qədim idman növlərindən olan kəndir dartma yarışı keçirilib.
Sonda tədbirdə iştirak edən qazilər universitetin baş meydanında Novruz tonqalını alovlandırıblar, universitet kollektivi tonqal ətrafında yallı gedib, sərgiyə və Novruz xonçalarına baxış keçirilib.



Tarix: 14-03-2023, 21:53

Xəbəri paylaş