Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kimyaçı alimin fəaliyyəti sertifikata layiq görülüb



Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının “ChemistrySelect” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
 
İnstitutdan bildirilib ki, alim təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin artırılmasına verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
 
“ChemistrySelect” kimyanın bütün sahələrini və ona bitişik sahələri əhatə edən resenziyalı elmi jurnaldır. O, “Chemistry Europe” adından Wiley-VCH tərəfindən nəşr olunur.
 
Jurnal Science Citation Index Expanded və Scopus-da indekslənir.
 
Journal Citation Reports-a əsasən, jurnalın impakt faktoru 2.307-ə bərabərdir.


Tarix: 14-03-2023, 21:32

Xəbəri paylaş