Elm və təhsil naziri Göygöldə vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 30-da Göygöl rayonunda vətəndaşlarla görüşəcək.
Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilərlər.
Adları qeyd olunan şəhər və rayonların sakinləri martın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
Tarix: 13-03-2023, 15:10
Xəbəri paylaş