Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetində Forum keçirilib

 

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Üzümçülük və Şərabçılığın İnkişaf Forumu keçirilib. 
Forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsilə açıq elan edilib. Ardınca Ulu öndərin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “AzGranata” MMC, “Şirvan şərabları” MMC-nin tərəfdaşlığı ilə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, ali təhsil müəssisələrinin, elmi tətqiqat institutlarının, Turizm Bürosu, Şərabçılar Assosiasiyasının, eləcə də bu sahədə fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri, Türkiyə və İspaniyanın elm adamları və tanınmış mütəxəssislər iştirak edib.  
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov açılış nitqi ilə ilə çıxış edib. Bildirib ki, adıçəkilən foruma Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi etməsi təsadüfi hal deyil. Y.Ömərov ATU-nun əsasının vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və həmin dövrdə baza ixtisasının da məhz şərabçılıq olduğunu xatırladaraq universitetin ənənəyə sadiq qaldığını və ali təhsil ocağının Ulu öndərin 100 illiyi münasibətilə bu sahəyə töhfə verməsini mənəvi borc bildiyini qeyd edib, forumun işinə uğurlar arzulayıb.  
Forum Üzümçülük və Şərabçılıq olmaqla iki panel üzrə təşkil edilib. Hər paneldə altı spiker çıxış edib. Adıçəkilən sahələrdə xammal, tingçilik, biotexnologiya, genofond, kadr hazırlığı, istehsal, şərabçılıq tarixi, turizm marşrutları, orqanoleptik qiymətləndirmə, dünya praktikası, ixrac, marketinq kimi bir çox məsələlər ətrafında geniş müzakirələr aparılıb. 
Tədbirin sonunda tərəfdaşlar və spikerlər təltif edilib. 
Qeyd edək ki, forumun keçirilməsində məqsəd 2018-2025-ci illərdə Azərbaycan Respublikasında Şərabçılığın inkişafına dair Dövlət proqramının icrası çərçivəsində həyata keçiriləcək forumun məqsədi respublikada Dövlət proqramına uyğun olaraq üzümçülük və şərabçılıq istiqamətində kadr hazırlığını, eləcə də universitetin bu sahədə fəaliyyət göstərən sənaye müəssisələri ilə əlaqələrini gücləndirmək, elmi və texnoloji çağırışları və inkişaf perspektivlərini müzakirə etməkdən, nəticələrə əsasən təkliflər hazırlamaqdan ibarətdir. 
 


Tarix: 13-03-2023, 15:07

Xəbəri paylaş