Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU ilə Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb




Bakı Dövlət Universiteti (BDU) və Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və TTKF-in İdarə Heyətinin sədri Araz Paşayev imzalayıblar.
 
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir. İndiyədək BDU-nun 767 tələbəsi fondun yaratdığı imkanlardan yararlanıb. Rektor bu sayı daha da artırmaq üçün tələbələr arasında maarifləndirmə işlərinə ehtiyac olduğunu qeyd edib.
 
Fondun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqaməti, hədəf və prioritetləri barədə danışıb.  Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən TTFK-in Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar yaradıb.
 
Müqaviləyə əsasən, tərəflər universitet tələbələrinin fondun təqdim etdiyi təqaüd proqramlarına qoşulması və birgə digər proqramlarda iştirakına dəstək məqsədilə müştərək layihələrin icra edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Müqavilə çərçivəsində fondda BDU tələbələri üçün istehsalat təcrübəsi, yay təcrübə proqramları təşkil olunacaq, TTKF-in mütəxəssisləri təlim-tədris proseslərinə təlimçi qismində cəlb ediləcəklər. Fond tərəfindən universitetdə infosessiya və təlimlərin keçirilməsi də nəzərdə tutulur.
        


Tarix: 3-03-2023, 09:34

Xəbəri paylaş