Son 10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb
Son 10 ildə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları 3 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası imtahanından sonra müəllimlərin əməkhaqlarına minimum 10 faiz, maksimum 35 faiz əlavələr edilib.
Qeyd edib ki, sertifikatlaşdırma imtahanından sonra müəllimlərin yüksək əməkhaqqı 1195 manat, orta əməkhaqqı 975 manat təşkil edir. Sertifikasiyadan keçməyən müəllimlərin əməkhaqqı isə 760 manatdır. Nazirin sözlərinə görə, qarşıdakı 2 ildən sonra müəllimlərin əməkhaqqı 1000 manatdan yüksək olacaq.
Tarix: 27-02-2023, 21:24
Xəbəri paylaş