Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universiteti alimlərinin məqalələri Polşanın elmi jurnalında dərc olunub

                   
 
   Mingəçevir Dövlət Universitetində professor-müəllim heyətinin elmi fəaliyyətinə daim  diqqət yetirilir, universitetdə tez-tez elmi konfranslar,  seminarlar təşkil olunur, əməkdaşların elmi məqalələri dünyanın nüfuzlu elmi nəşrlərində dərc edilir.  
    
     2023-cü ilin fevral ayında Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Ceyhun Hacıbəylinin elmi yaradıcılığında Qarabağ dialekti” (“Karabakh dialect in the scientific work of Jeyhun Hajibaylı“) adlı məqaləsi  və  həmin  kafedranın müəllimi Maarifə Manafovanın  “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası (Professor Mahirə Hüseynovanın tədqiqatlarında”)  (Mutual inteqration of dialects and accents of common turkic languages ( İn hhe stugies of professor Mahira Huseynova) adlı məqaləsi Polşada çıxan “Polisn journal of science” (№ 59 2023, DOİ, SJİF İmpact Factor)  elmi jurnalının Filologiya  bölməsində dərc edilmişdir.
  
   Dosent N.Manafov məqaləsində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim olan Ceyhun Hacıbəylinin elmi yaradıcılığında dilçilik görüşlərini ön plana çəkmiş, oxuculara Ceyhun Hacıbəylini  həm də  istedadlı dilçi, dialektoloq,  türkoloq kimi  təqdim etmişdir.

  Filologiya elmləri namizədi  M. Manafovanın  məqaləsində isə  Avropa oxucular istedadlı alim, professor Mahirə Hüseynovanın çoxşaxəli elmi yaradıcılığı ilə tanış olurlar.
 


Tarix: 27-02-2023, 21:21

Xəbəri paylaş