BDU-da Xocalı soyqırımına həsr edilmiş xüsusi dərs
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xocalı
soyqırımının 31-ci ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub. Əvvəlcə Xocalı
soyqırımı zamanı və Vətənimizin azadlığı uğrunda şəhid olan bütün soydaşlarımızın
xatirələri bir dəqiqəlik sükutla yad edilib. Xüsusi dərs Redaksiya-nəşriyyat işi
kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan
ermənilərin tarixən xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən, zaman-zaman
törətdikləri qanlı cinayətlərdən bəhs edib. Mühazirədə Ermənistanın işğalçılıq siyasəti,
Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun
informasiya verilib. Natiq Xocalı soyqırımına hüquqi-siyasi qiymətin xalqımızın
Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra
verildiyini xüsusi vurğulayıb. Həmçinin soyqırımın dünyada tanıdılmasında Heydər
Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini
diqqətə çatdırıb.
Xocalı soyqırımının baş verdiyi dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan
müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni
zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Knyaz Aslan qeyd
edib ki, Ulu [ndərimiz Heydər Əliyevin ləyaqətli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin, o cümlədən
Xocalı soyqırımı qurbanlarının qisası alınıb, torpaqlarımızın ərazi bütövlüyü bərpa edilib.
Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi - Xocalı sakini Vəfa
Usubova öz təəssüratlarını bölüşüb. Bildirib ki, faciə zamanı nənəsi, əmisi və bir çox
yaxın qohumu vəhşicəsinə qətlə yetirilib, atası isə girov götürülüb. Ölkəmizin qazandığı
tarixi qələbənin bütün xalqımız kimi Xocalı sakinlərində də qürur və gələcəyə inam hissi
yaratdığını vurğulayan Vəfa Usubova ən böyük arzusunun tezliklə doğma Xocalıya
dönmək olduğunu da ifadə edib.
Tarix: 24-02-2023, 17:09