Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU Elmi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi


Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə müxtəlif dillərdən bəhs edən 50-yə yaxın kitab, dərslik və dərs vəsaiti nümayiş etdirilir, görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, dilçi alimlərimizin Azərbaycan dilinin tarixi, daxili qanunauyğunluqları, poetik üslubu, əsrlərdən günümüzə qədər gəlib çatan zənginliyi və dərinliyindən xəbər verən dəyərli nəşrləri yer alır.
Sərgidə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusuna yüksəldilməsi, dilimizin xarici təsirlərə məruz qalmadan qorunub saxlanılmasında əvəzsiz rolu xüsusi işıqlandırılır. Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili”, Salatın Əhmədovanın “Heydər Əliyevin dil siyasəti” adlı kitabları oxucular tərəfindən xüsusi maraqla qarşılanır.
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgidə türk, rus, ingilis, alman, fransız, yapon, çin, ərəb, qədim roma dilləri, həmçinin Qafqazda yaşayan tatların dilinə aid bir çox nəşrlər də yer alıb.


Tarix: 22-02-2023, 00:02

Xəbəri paylaş