Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

XIX Beynəlxalq Jautikov Olimpiadasında uğur qazanan məktəblilərimiz



1-12 fevral tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıblar.

Belə ki, fizika fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş medal, Murad Abdulkərim bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva və Anar Mehdiyev gümüş medal, Cəlil Hüseynov bürünc medal, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Nicat Vəliyev isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bu günədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 33 gümüş, 56 bürünc olmaqla ümumilikdə 93 medal qazanıblar.


Tarix: 10-02-2023, 23:17

Xəbəri paylaş