452 BDU könüllüsü Laçın-Xankəndi yolundakı ekoaksiyada aktiv iştirak edir
“BDU könüllüləri” təşkilatının üzvləri Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz
istismarı və ekoloji cinayətlərin dərhal dayandırılması tələbi ilə Laçın-Xankəndi yolunda
keçirilən ekoaksiyada fəallıqları ilə seçilirlər. 452 BDU könüllüsü aksiyanın ilk
günlərindən milli haqlarımız uğrunda rus sülhməramlıları ilə qarşı-qarşıya dayanır,
mübarizə aparır.
Ötən ilin dekabrından başlayan aksiyada ölkənin şəhər və rayonlarından, müxtəlif ali
təhsil müəssisələrindən olan gənclər soyuq, qar demədən dinc yolla milli dirənişimizin
önündə durur, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Azərbaycan gəncləri əzm
və qətiyyət, birlik nümayiş etdirərək aksiyanı artıq 60 gündür davam etdirirlər.
Tarix: 10-02-2023, 14:56
Xəbəri paylaş