ECAR layihəsi çərçivəsində Polşa Respublikasına növbəti səfər baş tutub


30 yanvar - 3 fevral tarixlərinə təsadüf edən təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutub. Burada universitetin dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlının məruzəsi dinlənilib, layihədə həyata keçirilən fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, eləcə də Strateji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Təlimdə Azərbaycan Texnologiya Universitetini Keyfiyyətin təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib.
Tarix: 9-02-2023, 12:26
Xəbəri paylaş