BDU-da qış imtahan sessiyası başa çatıb
Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb. Sessiya yanvarın
5-dən fevralın 3-dək davam edib.
Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində
isə 261 ixtisaslaşma üzrə 1981 tələbə imtahan verib.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən 5000-dən çox
təhsilalana həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-
dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası
yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və
Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin
edib.
Tarix: 8-02-2023, 15:53