Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

2023-cü il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU məzunudur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 9 gəncə 2023-cü il Gənclər üçün Prezident mükafatı verilib. Onlardan 2-si – Kamran Əliyev və Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. Kamran Əliyev 2021-ci ildə BDU-nun Hüquq fakültəsini, Günay İmanzadə isə 2017-ci ildə Kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarını bitirib. 
Məzunlarımızla fəxr edirik! 


Tarix: 2-02-2023, 15:02

Xəbəri paylaş