Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahan sessiyasını izləyiblər



Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
Qonaqlara sessiyanın təşkili barədə məlumat verilib. Bildirilib ki, BDU-da 2022-2023-cü tədris ilinin payız semestrinin yanvarın 5-dən başlayan imtahan sessiyası fevralın 3-dək davam edəcək. Ümumilikdə sessiya ərzində imtahanlarda bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1961 tələbənin iştirakı nəzərdə tutulub. İmtahanların yoxlanılması təchiz olunmuş 8 geniş auditoriyada həyata keçirilir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin operativ araşdırılmasını təmin edir.
Sonra İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri imtahana nəzarət otaqlarında, ayrı-ayrı auditoriyalarda prosesi müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibətləri ilə maraqlanıblar.


Tarix: 28-01-2023, 23:32

Xəbəri paylaş