Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib. 
Elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir elm və təhsil sahəsində ölkəmizin gələcək inkişaf hədəfləri ilə bağlı məlumat verib, bu sahədə görülən işlərə dair fikirlərini bölüşüb.
 
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində təhsil sahəsində yeni bilik və bacarıqlara yiyələnmək istədiklərini, həmçinin ölkəmizin inkişafı naminə bu sahədə öz töhfələrini verməkdən qürur hissi duyacaqlarını və bunun üçün səylə çalışacaqlarını ifadə ediblər.
 
Görüşün davamında Emin Əmrullayev mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Nazir qaliblərin təhsilin inkişafı istiqamətində fikir və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.
 
Sonda çıxış edən “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Emin Əmrullayevə iştirak üçün təşəkkürünü bildirib və gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini vurğulayıb.