Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək


Elm və təhsil naziri Emin Əmrullayev 27 yanvar 2023-cü il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda  Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
 


Tarix: 9-01-2023, 12:40

Xəbəri paylaş