Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elmi dərəcə almaq istəyən 35 nəfərə imtina cavabı verilib





Ötən ilin dekabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, ötən ay 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Həmçinin 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.
Dekabr ayı ərzində 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.


Tarix: 6-01-2023, 11:35

Xəbəri paylaş