Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb


 Azərbaycan Respublikası Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan ses­siyası başlayıb. İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, qış imtahan ses­siyası 2023-cü il yanvar ayının 5-dən 2023-cü il yanvar ayının 31-dək davam edəcək.
Məlumatda qeyd edilir ki ki, institutda hazırda I kurs üzrə "Üzvi kimya" ixtisası üzrə 3 nəfər, II kurs üzrə “Neft kimyası” ixtisası üzrə 1 magistr təhsili alır. I kurs magistrantlar ixtisasa aid 6 fəndən imtahan verəcək. İlk imtahan "Dərman maddələrin kimyası" fənni üzrə keçirilib. Hər biri 5 sualı yazılı formada cavablandıran magistrantların biliyi yüksək qiymətləndirilib.


Tarix: 9-01-2023, 11:58

Xəbəri paylaş