Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət…”





UTECA-da elmi praktik konfrans keçirilib
Azərbaycan Texnologiya Universitetində (UTECA) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi praktik konfrans keçirilib.

Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor əvəzi  Zəfər Qurbanov iştirak ediblər.

Konfransda, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Göygöl Milli Parkı təmsil olunub.

Tədbirdə çıxış edən UTECA-nın rektor əvəzi Yaşar Ömərov bildirib ki, torpaqlarımızın azad edilməsi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətin elmi əsaslarla monitorinqi, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatları aktuallaşdırıb. Y.Ömərov konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev, MDU-nun rektoru Şahin Bayramov, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-nin rəis müavini Mayis Vəliyev, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, kofransın işinə uğurlar arzulayıblar.

Daha sonra konfrans öz işini panel iclasda davam etdirib. UTECA, Gəncə Dövlət Universiteti, ADAU və MDU-nun müvafiq kafedra əməkdaşları və tədqiqatçılarının məruzələri dinlənilib, mövzularla bağlı fikir mübadiləsi aparılıb.
 


Tarix: 30-12-2022, 09:00

Xəbəri paylaş